1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çempionlar Liqası və Messi üçün kabus
Avropanın ən nüfuzlu klub yarışı olan Çempionlar Liqası (ÇL). 1955-ci ildən keçirilən bu yarış 1992-ci ilədək Çempionlar Kuboku adlanırdı. Ancaq 1992-ci ildən ÇL adlanan vaxtdan sonra daha populyar oldu. Ancaq populyarlıq çempionlar üçün kabusa çevrildi. Axı artıq 24 ildir bur turniri ardıcıl 2 dəfə qazanan klub olmayıb.
Ümid cari mövsümə idi. Hər halda, son qalib "Barselona" 1 nömrəli favorit sayılırdı. Məhz Kataloniya təmsilçisinin, məhz Lionel Messinin lideri olduğu komandada bu "qara tilsimi" qıracağı gözlənilirdi. Ancaq "Barselona" İspaniya Prierosunda qabaqladığı, ən yaxın izləyicisi olan "Atletiko"nu keçə bilmədi. Madrid təmsilçisi yarımfinala çıxmaqla İspaniyanın qalib olmaq şansını artırdı. Hər halda, yarımfinalçılardan yarısı bu ölkənin, özü də paytaxt təmsilçiləridir. Digəri də məlum olduğu kimi, "Real Madrid"dir.
Taleyin işinə bax, turnir ÇL adlandığı ilk mövsümdə - 1991/92-də qalibi məhz "Barselona" olub. Kataloniya təmsilçisi bu turnirdə hər 5 çempionluğunu məhz indiki adda qazanıb. Ancaq heç birində bunun davamını gətirə bilməyib. Həm Frank Raykaardla Xosep Qvardiolanın, həm də hazırkı baş məşqçisi Luis Enrikenin vaxtında güclü olsa belə.
Tək "Barselona" yox, "Real Madrid", "Bavariya", "Mançester Yunayted" kimi nəhənglər də ardıcıl 2 çempionluq əldə edə bilməyiblər. Bütün ümidlər gələn mövsümə qalıb. Son dəfə 2 çempionluq isə Çempionlar Kuboku vaxtında, 26 il sonra olub. Onda holland üçlüyü - Marko van Basten-Ruud Qullit-Frank Raykaardlı "Milan" 1989 və 1990-cı illərdə turniri qazandı. Hazırda bu komanda nəinki ÇL-də, ümumiyyətlə, avrokuboklarda yoxdur. "Barselona" 1994-cü ildə finalda 0:4 hesabı ilə uduzduğu "Milan"ın ikiqat çempionluğuna hələ də həsrət qalıb. Ancaq milanlılar da ÇL vaxtında ardıcıl qalibiyyətin sevincini yaşaya bilməyiblər. Deməli, bu kabus bütün Avropa klubları üçün hələ də qalır.
Deyəsən, Messi də kabusla üzləşib. Axı son vaxtlar Lionel qol vura bilmir, "Barselona" da qalib gələ. Messinin özü və bütün pərəstişkarları karyerasında 500-cü qolunun vurmasını neçə vaxtdır böyük səbirsizliklə gözləyirlər. Ancaq argentinalı ulduz artıq neçə oyundur buna nail ola və komandasını da uğursuzluq zolağından çıxara bilmir.