1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Hamı öz yerində, çempionluğa isə 2 namizəd qaldı
Azərbaycan Premyer Liqasının XXX turu turnir cədvəlində yerdəyişmələrə səbəb olmayıb. Sportnet-az-ın məlumatına görə, 10 komandanın hər biri qərarlaşdıqları mövqelərdə qalıb.
Sadəcə, bəzi komandalar arasında xal fərqi dəyişib.
"Qarabağ"la "Zirə" qazandıqları qələbələrlə ilk 2 pillədə mövqelərini möhləmlədiblər və aralarında 10 xallıq fərqi qoruyub saxlayıblar. Hazırda yalnız bu 2 komanda çempionluq şanslarını saxlayır. "İnter"lə "Kəpəz"in xal itirmələri hər ikisini çempionluq marafonundan kənarda qoyub.
Əsas diqqətçəkən məqam "Qəbələ"nin "Kəpəz"ə çatması olub. Gəncə təmsilçisi şəxsi oyunlarda üstün olduğundan, 4-cü pillədə qalıb. Turnir cədvəlində 3-cü yerdə olan "İnter"in xal itirməsi "Qəbələ" ilə arasında xal fərqinin 3-ə enməsi ilə nəticələnib.
AZAL ən yaxın izləyicisi "Neftçi" ilə xal fərqini yenidən 4-ə artırıb. Buna da əsas səbəb "təyyarəçilər"in qələbəsi, "ağ-qaralar"ın isə məğlubiyyəti olub. AZAL uğurlu çıxışını davam etdirdikcə, Avropa Liqasına yollanmaq şansını artırırsa, "Neftçi" əksinə, azaldır. Vəli Qasımovun baş məşqçi olduğu komanda indi bütün ümidlərini ölkə kubokuna bağlayıb.
Bu turda müdafiəçilər diqqət mərkəzində olublar. Qol vuranlardan braziliyalı Aylton Silva ("Neftçi"), Tural Axundov ("Kəpəz"), Tural Hümbətov (AZAL) ampluaca müdafiəçilərdir. "Rəvan"ın arxa xətt oyunçusu Saşa Yunisoğlu isə qırmızı vərəqə almaqla gündəmə gəlib.
Bombardilər siyahısında lider olan Nelson Bonilya ("Zirə") ilə ən yaxın izləyicisi Dani Kintana ("Qarabağ") hesablarına növbəti qolları yazıblar.