"Zirə" klubu avrokuboklarda iştirak etməyəcək. Sportnet.az-ın məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədovun "Report"a açıqlamasında, milli assosiasiya tərəfindən UEFA-ya müraciətlər edilsə də, Avropa futbol qurumunun öz qaydaları olduğunu bildirib.
"Bu qaydalarda da həmin məsələ qeyd olunub. Biz dəfələrlə bu məsələni qaldırmışıq, amma qanun hər kəs üçündür. Premyer Liqada iştirak etməzdən öncə "Zirə" rəhbərliyinin bu şərtlərdən xəbəri var idi" deyə E.Məmmədov bildirib.
Baş katib avrokuboklardan bir illik diskvalifikasiya edilən və apellyasiya şikayəti verən "İnter"ə isə heç cür kömək edə bilməyəcəklərini söyləyib: "Çünki bu məsələ "İnter" və İdman Arbitraj Məhkəməsi arasındadır".
Qeyd edək ki, UEFA qaydalarına əsasən, Avropa kuboklarında iştirak etmək üçün klub ən azı 3 il fəaliyyətdə olmalıdır. "Zirə" isə cəmi 2 ildir fəaliyyət göstərir.