1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakılı"nın prezidenti müdhiş olaydan danışdı
"Bu barədə ətraflı danışmaq istəmirəm. Vermişəm polisə, araşdırırlar". Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Bakılı" klubunun prezidenti Misir Əbilov deyib.
O, İmran adlı şəxslə əvvəllər dost olduğunu bildirib. Lakin Əbilov dələduzluq edən şəxsin soyadını açıqlamayıb: "İmranla dost olmuşuq, vermişəm pulu, qaytarmayıb. Mən də polisə şikayət etmişəm"
Qeyd edək ki, Bakı şəhər sakini, 55 yaşlı Misir Əbilov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2013-cü ildə İmran adlı şəxs onun etibarından sui-istifadə edərək 39 min manatını alıb, lakin qaytarmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. M.Əbilov futbol üzrə Azərbaycan çempionatının I Divizionunda mübarizə aparan "Bakılı” klubunun prezidentidir.