Ukrayna Premyer Liqası növbəti mövsümdən 4 klubunu itirə bilər. Ukrayna Futbol Federasiyasının iclasında "Metallist" və "Qoverla"ya 2016-2017 mövsümündə iştirak üçün lisenziya verilməyib.
"Metallist" nümayəndələri federasiyanın bugünkü iclasına qatılmayıb. "Qoverla" rəsmiləri isə lisenziya alacaqları təqdirdə, futbolçularla müqavilələr bağlayacaqlarını bildiriblər. Amma onlardan əvvəlcə lisenziya üçün vəsaiti ödəmək tələb olunub.
Zaporojye "Metallurq"u ilə "Volın" da eyni münasibətlə üzləşib. "Metallurq" artıq mövcud deyil. "Volın" isə attestasiya üçün sənəd təqdim etməyib. Klub Premyer Liqanı tərk edəcəyini bildirib.
Qeyd edək ki, hazırda Ukrayna çempionatının elitasında 13 klub çıxış edir. 14-cü klub sayılan "Metallurq" isə mübarizədən çəkilib.