Türkiyə Super Liqası təmsilçisi “Qalatasaray” yay transfer dönəmində heyətini Emiliano Buendia ilə gücləndirmək istəyir.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi “Aston Villa”nın argentinalı yarımmüdafiəçisini yeni mövsüm üçün əsas “10 nömrə” namizədlərindən biri hesab edir.
Baş məşqçi Okan Buruk Dris Mertensin ayrılığından sonra yaranan boşluğu yetərincə gücləndirə bilməyib.
Məlumata görə, “Qalatasaray”ın futbolçusu Qabriel Saraya maraq göstərən İngiltərə klubunun oyunçusuna “sarı-qırmızılar” da qarşılıq olaraq diqqət ayırıb.
Birmingem təmsilçisi Sara üçün 40 milyon avro dəyər müəyyənləşdirib.
Qeyd edək ki, Emiliano Buendia bu mövsüm 50 oyunda 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.


















































































