UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalardan biri İngiltərənin "Aston Villa" və "Nottingem Forest" komandaları arasında oynanılıb.
Matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Bu komandaların ilk görüşündə "Nottingem Forest" 1:0 hesablı qələbə qazanmışdı. Beləliklə, "Aston Villa" iki oyunun yekununda adını finala yazdırıb.
Digər finalçı isə Almaniyada "Frayburq" ilə Portuqaliya "Braqa"sının oyununun yekununda müəyyənləşib. İlk matçda 1:2 hesabı ilə uduzmasına baxmayaraq, "Frayburq" öz meydanındakı görüşdə fərqli qələbə qazanıb - 3:1. Nəticədə Almaniya təmsilçisi iki oyunun cəmində 4:3 hesablı üstünlüklə finala adlayıb.
UEFA Avropa Liqası
Yarımfinal, cavab görüşləri
7 may
23:00. "Aston Villa" (İngiltərə) - "Nottingem Forest" (İngiltərə) - 4:0
Qollar: Olli Uotkins, 36. Emiliano Buendia, 58 (pen.); Con Makgin, 77; 80
Birmingem, "Villa Park"















































































