Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov yenicə ayrıldığı "Şamaxı"da baş verən proseslərə münasibət bildirib.
45 yaşlı mütəxəssis Sportnet.az-a açıqlamasında klubu artıq 10 futbolçunun tərk etməsini normal qarşıladığını bildirib.
"Bunu bilir, görürdük. Yeni komanda formalaşmalıdır. Bəzi futbolçuların müqavilələri davam edir, bunları rəhbərlik bilir. Yeni baş məşqçi təyin olunduqdan sonra heyətə yeni futbolçular da cəlb olunacaq. Uğurlar arzulayıram", - deyə Abbasov vurğulayıb.
O, "Şamaxı"nın qarşıdakı mövsümdə də uğurlu çıxış edəcəyinə inam ifadə edib: "Şamaxı" mənim üçün doğmadır, komandanın hər bir uğuruna sevinirəm. Buradan bir çox futbolçu çıxdı, özümüz də mövcud büdcə daxilində yaxşı işlər gördük. İnanıram ki, 2026/2027 mövsümündə də Premyer Liqada möhkəm olacaqlar".





































































