Bu gün futbol üzrə Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə azarkeşlərin diqqəti Madridə yönəlib.
İspaniyanın "Atletiko Madrid" klubu Almaniya "Bavariya"sını sınağa çəkib. Dieqo Simeonenin yetirmələri 1/4 finalda "Barselona"nı olduğu kimi, Münhen tənsilçisini də məğlub etməyi bacarıb. Düzdür, bu dəfə 2:0 yox, minimal hesablı qələbə olsa da, "Atletiko Madrid" öz meydanında qol buraxmayıb. Bu isə səfər matçında üstünlük verəcək. Yəni madridlilərin "Alyans Arena"da vuracağı hər qola cavab olaraq "Bavaiya" 2-ni vurmalıdır. İlk yarımfinal matçlarında məhsuldarlıqdan əsər-əlamətin olmamağı, 2 oyuna cəmi 1 qolun vurulduğu da diqqət çəkib.
27 aprel, Çempionlar Liqası, ilk oyunlar
"Atletiko Madrid" (İspaniya) - "Bavariya" (Almaniya) - 1:0
Qol: Saul, 11
Baş hakim: Mark Klattenburq (İngiltərə)
Madrid. "Visente Kalderon"
Komandalar ikinci dəfə mayın 3-də Münhendə üz-üzə gələcəklər.
Qeyd edək ki, İngiltərədə "Mançester Siti" və "Real Madrid" arasında keçirilmiş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.