1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Svanadze ilə "İnter" bunu də gördü...
Bakı "İnter"i 2015/2016 mövsümdə ən ağır məğlubiyyətini alıb. Sportnet.az-ın məlumatına görə, "bankirlər" bu mövsümdə ilk dəfə böyük hesabla uduzublar.
Zaur Svanadzenin baş məşqçi olduğu komanda cari çempionatda lider "Qarabağ"a 3 dəfə, habelə Avropa Liqasında "Atletik" kimi güclü rəqibə uduzsa da, bunların heç birində 3 top fərqi olmayıb. Həmin məğlubiyyətlər daha çox 0:2 hesabı ilə qeydə alınıb. Ancaq "Qarabağ"a kubokda məğlubiyyət evdə 4 cavabsız qolla gəlib.
Svanadzenin məhz cari mövsümdən "İnter"in baş məşqçisi olduğunu nəzərə alsaq, bu ampluada ilk dəfə böyük hesablı məğlubiyyət yaşayıb. Əslində, bu, komanda üçün təkcə cari mövsümdə yox, tarixində ən ağır məğlubiyyətlərdən olub. "İnter" adətən, evdə böyük hesabla yenilmir. Düzdür, hələ sabiq baş məşqçi Kaxaber Tsxadadzenin dövründə hazırkı "İnter Arena"da, o vaxtkı "Şəfa"da AZAL-a 0:5 hesablı məğlubiyyət olsa da, həmin çempionat matçında meydan sahibi rəqib olub.
Beləliklə, "bankirlər" ilk dəfə belə ağır məğlubiyyət acısı dadıblar.