1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İntizam Komitəsi Əliyar Ağayevin iki qərarını ləğv etdi
AFFA İntizam Komitəsi FİFA referisi Əliyar Ağayevin qərarlarını ləğv edib. Sportnet.az-ın məlumatına görə, Ağayevin "Neftçi" və "Qəbələ" arasındakı Azərbaycan Kubokunun ilk yarımfinal matçında səhvlərə yol verdiyi təsdiqlənib.
74-cü dəqiqədə "Qəbələ”nin futbolçusu Aleksey Qay və 86-cı dəqiqəsində "Neftçi”nin oyunçusu Fəhmin Muradbəyliyə göstərilmiş sarı vərəqələr ləğv olunub. İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra onlara simuliyasiyaya görə göstərilmiş vərəqələrdə baş hakim Əliyar Ağayev tərəfindən epizodu düzgün qiymətləndirilməməsi qənaətinə gəlinib. Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımı ölçü götürüb İntizam Komitəsini məlumatlanmalıdır.
Əvəzində 84-cü dəqiqəsində qonaq komandanın futbolçusu Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.