
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk cavab oyununda gərginlik artır. Sportnet.az-ın məlumatına görə, hazırda davam edən "Bavariya" - "Atletiko Madrid" matçında ilk hissənin sonuna yaxın baş məşqçilər arasında insident olub.
Qonaqların argentinalı baş məşqçisi Dieqo Simeone ispaniyalı həmkarı Xosep Qvardiolanın üzərinə hücum edib. Onun qarşısını "Bavariya"nın fransalı legioneri Frank Riberi alıb. Çılğınlığı ilə tanınan Simeone komandasının hesabda geridə olmasına görə daha da aqressivləşib.
Qeyd edək ki, Xosep Qvardiola İspaniyada "Barselona"ya rəhbərlik etdiyi vaxt Dieqo Simeone ilə uzun müddət rəqib qismində üz-üzə gəlib.