Bu gün futbol üzrə Azərbaycanın birinci divizionunda 26-cı tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, son tur 3-cü yerin sahibini də müəyyənləşdirib.
Qızıl medalların sahibi "Neftçala” və gümüş medallara yiyələnən "Qaradağ Lökbatan”ın ardından çempionatı 3-cü pillənin sahibi kimi "Ağsu” tamamlayıb. MOİK və "Ağsu”nun xalları eyni olsa da, şəxsi oyunlarda ikinci öndədir. Çempionatın bombardiri isə hesabında 24 qol olan Röyal Nəcəfov olub. MOİK-in hücumçusu son turda "Şahdağ"la ev oyununda 6 qol vurub.
Elə çempionun ev matçında da 10 qol qeydə alınıb. Ancaq burada bütün qolları meydan sahibləri vurublar. "Neftçala" mövsümü "Energetik" 10:0 hesabı ilə darmadağın etməklə bitirib. Komandanın gürcü legioneri David Janelidze penta-trik edib.
12 may
"Bakılı” - "Göyəzən” - 2:2
Ramil Həşimzadə, 15; Əbülfət Abbasov, 31 - Vüsal İbrahimov, 55; Arzuman Vəliyev, 84
"Neftçala” - "Energetik” - 10:0
Aqşin Muxtaroğlu, 14; David Janelidze, 22, 33, 49, 72, 77; Məhəmməd Xəlilov, 64; Elvin Adışirinli, 70; Məlikməmməd Abbasov, 76; Məhəmməd Alıyev, 89
"Turan” - "Şəmkir” - 1:0
Azər Məmmədov, 63
"Qaradağ Lökbatan” - "Mil-Muğan” - 1:0
Cavid Muxtarzadə, 20
"Zaqatala” - "Ağsu” - 1:1
Elvin Nəsibov, 14 - Qalib Əmrahov, 73
MOİK - "Şahdağ” - 9:1
Röyal Nəcəfov, 7, 12, 17, 49, 52, 65-pen; Orxan Həsənov, 62; Sənan Bayramzadə, 81, Fuad Məmmədzadə, 83 - Sərxan Ağayev, 51-pen.