"Mançester Yunayted"in futbolçusu Lyuk Şou Avro-2016-nı buraxmalı olacaq. Sportnet.az-ın məlumatına görə, İngiltərə millisinin 20 yaşlı müdafiəçisi adlığı ağır zədədən sonra final mərhələsinədək tam hazır ola bilməyəcək.
Bu haqda məlumat verən "Mançester Yunayted"in baş məşqçisi Lui van Qala Şounun cari mövsümdə meydana çıxmayacağını açıqlayıb. Əslində, futbolçu apreldə məşqlərə başlasa da, hələ də lazımı forma yığa bilməyub.