
"Beşiktaş"ın baş direktoru Önder Özenin istefasından sonra bu posta real namizədlərdən olan Mustafa Dənizli artıq klub rəsmiləri ilə görüşüb. Sportnet.az-ın məlumatına görə, Türkiyənin Çeşme bölgəsində istirahət edən "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi İstanbul klubunun vitse-prezidenti Ahmet Nur Çebi ilə danışıb.
Söhbət zamanı Dənizli "Beşiktaş"lı olduğunu söyləyib. 65 yaşlı mütəxəssis pul barədə danışmağa ehtiyac olmadığını, vəzifəyə layiq görülərsə, sevə-sevə gələcəyini bildirib. "Beşiktaş"ın verəcəyi qərardan sonra bu məsələyə aydınlıq gələcək. Klubun idarə heyətinin keçirəcəyi iclasın 1-2 gün ərzində reallaşacağı gözlənilir.
Qeyd edək ki, 2013/2014 mövsümünün dekabrında "Xəzər Lənkəran"la 1.5 illik müqavilə imzalayan Mustafa Dənizli komandasının uğursuzluğu səbəbindən mövsümün bitiminə az qalmış istefa verərək Türkiyəyə gedib.









































































