1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ansi Aqolli: "Onları həyatım boyu unudan deyiləm" - MÜSAHİBƏ - FOTOLAR
"Qarabağ"ın və Albaniya milli komandasının futbolçusu Ansi Aqollinin Sportnet.az-a müsahibəsi
- Ardıcıl üçüncü mövsüm çempion oldunuz. Hansı hissləri keçirirsiniz?
- Uzun yolun sonunda gözəl çempionluğa qovuşduq. Fikrimcə, bu, bizim üçün çox yaxşı çempionat oldu. Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışdıq. Yenidən çempion olduğumuz üçün özüm, komandam, məşqçilər heyəti və klub prezidenti adına çox xoşbəxtəm.
- Qarşıda Azərbaycan Kubokunun final oyunu da var...
- Həmin oyunda da komandama əlimdən gələn köməyi göstərməyə çalışacağam. "Neftçi" ilə final matçında yenidən "qızıl dubl" əldə etmək üçün meydana çıxacağıq.
- Artıq klubla anlaşmanız bitir. Sizə yeni müqavilə təklif olunmayıb?
- Yaxın günlərdə bu məsələyə baxılacaq. Hər şey yaxşılığa doğru gedir. Hazırda isə "Neftçi" ilə final matçını düşünürük.
- Avropa çempionatına "Qarabağ"ın oyunçusu kimi getmək istərdiniz?
- Şübhəsiz. AVRO-2016-da "Qarabağ"ın futbolçusu kimi çıxış etmək istəyirəm.
- Ardıcıl 3-cü mövsüm çempion oldunuz. Hansı çempionluq Sizin üçün daha əzizdir?
- Hər 3 qızıl medal mənim suvenirlərimdir. Onları həyatım boyunca yadımdan çıxaran deyiləm.