
Cənubi Azərbaycanın "Traktor Sazi" klubu Asiya Çempionlar Liqasında 1/8 final mərhələsində mübarizəni dayandırıb. Sportnet.az-ın məlumatına görə, Təbriz təmsilçisi Birləşmiş Ərəb Əmirliklərinin "Əl Nəsr" komandası ilə cavab görüşündə lazımi nəticəni qazana bilməyib.
1:4 hesablı ilk görüşün revanşında "Traktor Sazi" 3 fərqi tam aradan qaldırmağı bacarmayıb - 3:1. Qalib komandanın heyətində "Qəbələ"nin sabiq hücumçusu Fərzad Hatəmi 47 və 73-cü, Məhəmməd İranpuryan 61-cı dəqiqədə fərqlənib. "Əl Nəsr"dən isə yeganə qolu 16-cı dəqiqədə Salem Saleh vurub.
Qeyd edək ki, Təbrizdə keçirilmiş qarşılaşmanı 68 minədək tamaşaçı izləyib.