1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çingiz Abdullayev: "Bu il noqsanlarımız çox oldu"
"Neftçi"nin oyunu ümumilikdə çox yaxşı oldu. Xatırlayırsınızsa, keçən il belə oyun olmamışdı. Ötən il bizdı xeyli sayda əcnəbi oyunçular vardı". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, bu mövsüm meydana çıxan oyunçuların əksəriyyəti cavan və azərbaycanlılar idi: "Təbii ki, komandada əcnəbilər də vardı və bu olmalıdır. Amma əksəriyyət azərbaycanlılardır. Biz fəxr edirik ki, bir ildə bunu yavaş-yavaş qura bildik. İnanıram ki, uğurlarımız hələ qabaqdadır".
Abdullayevin sözlərinə görə, "Neftçi" çempionatı 6-cı yerdə başa vurmasına baxmayaraq, güclü "Qarabağ"la bərabər oyun sərgiləyib: "Gördünüz ki, komanda 120 dəqiqə heç-heçə elədi. Yalnız sonuncu dəqiqədə komanda qapısından qol buraxdı. Bizim məqsədimiz kubokla finala çıxmaq, medal qazanmaq, Avrokuboklara düşmək idi. Bu baxımdan məqsədə çatdığımızı deyə bilərik".
"Neftçi" yeganə komandadır ki, beş il dalbadal finala çıxıb: "Amma hesab edirəm ki, bu il nöqsanlarımız çox idi. Bir sıra dəyişikliklər oldu. Buna görə biz ayın 28-də Müşahidə Şurasında bu məsələləri müzakirə edəcəyik".
O, bildirib ki, oyundan sonra hakimə nəsə deməyin tərəfdarı deyil: "Xüsusi inspektorlar var. Onlar baxıb öz sözlərini deyirlər. Komanda uduzubsa və kimsə gəlib hakimi pisləyirsə, yaxud qalib gəlibsə, kimsə hakimi tərifləyirsə, bu, düz deyil".