1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Gəncədəki azarkeş rekordu qırıldı
2015/2016 mövsümünün son oyunu rekordla əlamətdar olub. Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan Kubokunun "Qarabağ”la "Neftçi” arasında final görüşü ölkəmiqyaslı yarışlarda mövsümün ən çox tamaşaçı toplayan matçı olub. Ağdam təmsilçisinin əlavə vaxtda 1:0 hesabı ilə qalib gəldiyi oyunu 23000 azarkeş izləyib.
Bunadək başa çatan 2015/16 mövsümünün rekordu Topaz Premyer Liqasında qeydə alınmışdı. Bu il fevralın 14-də Gəncədə keçirilən "Kəpəz” – "Qarabağ” görüşündə (1:2) 20400 tamaşaçı toplaşmışdı. Tofiq Bəhramov adına Respublika stadionundakı matçda bundan 2600 azarkeş artıq olub. Başa çatan mövsümdə finaladək ən çox tamaşaçı toplayan kubok matçı isə 1/4 finala təsadüf edib. "Xəzər Lənkəran”la "Neftçi” arasındakı ilk görüşü (3:2) Lənkəran şəhər stadionunda 4500 azarkeş izləyib.
Respublika stadionundakı matçda qeydə alınan nəticə Azərbaycan Kuboku tarixinin 3-cü göstəricisidir. 2009/10 mövsümünün elə bu stadiondakı finalında "Bakı” – "Xəzər Lənkəran” qarşılaşmasını (2:1) rekord sayda - 26000 azarkeş izləmişdisə, 2010/11 mövsümünün "İnter”lə "Xəzər Lənkəran” arasında həlledici matçında (1:1, pen. 2:4) 24000 tamaşaçı toplaşmışdı.