
AFFA İntizam Komitəsi Azərbaycan Kubokunda "Qarabağ”la "Neftçi” arasında keçirilmiş final matçı ilə bağlı cəzaları açıqlayıb. Sportnet.az-ın məlumatına görə, komitənin iclasında qırmızı vərəqə almış legionerlərin məsələsinə də baxılıb.
Oyunun 120-ci dəqiqəsində "Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub. Elə həmin vaxt "Neftçi” klubunun futbolçusu Erik Ramos kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimələnib.
120+1-ci dəqiqədə "Qarabağ”ın hücumçusu Reynaldo Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat ziyana düşüb.