1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ansi Aqolli: "Rəqiblərimiz güclüdür"
"Qətərlə oyunda erkən qol buraxmağımız bir səhv idi. İnanıram ki, bu səhv Avropa çempionatında təkrarlanmayacaq". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ" klubunun və Albaniya yığmasının futbolçusu Ansi Aqolli AVRO-2016 öncəsi keçirilən mətbuat konfransında deyib.
34 yaşlı müdafiəçi komandasının Avstriyadakı təlim-məşq toplanışında səylə çalışdığını bildirib: "Gündə iki dəfə məşq edirik. Çətin qrupa düşmüşük və rəqiblərimiz güclüdür. Düşünürəm ki, seçmə mərhələdəki kimi oynasaq, qrupda qələbə üçün yaxşı şansımız olacaq".
Qeyd edək ki, Albaniya yığması AVRO-2016-da Fransa, Rumıniya və İsveçlə birgə A qrupunda mübarizə aparacaq.