1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
SOCAR nazirliklə memorandum imzaladı
SOCAR-la Gürcüstan İdman Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a "SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov bildirib verib.
Onun sözlərinə görə, memorandumun imzalanmasında məqsəd tərəflər arasında idmanı inkişaf etdirməkdir: "Uzun illərdir əməkdaşlıq edirik. Bu əməkdaşlığın bir daha təsdiqi kimi nazirliklə iş və kordinasiyanı nəzərdə tutan memorandum imzalamışıq. Əməkdaşlıq müddəti 2016-2017-ci illər üçün nəzərdə tutulub".
M.Məmmədov əməkdaşlığa görə heç bir maliyyə ödənilməyəcəyini də bildirib: "Maliyyə məsələləri ilə bağlı hələ dəqiq heç nə yoxdur. Ola bilsin ki, gələcəkdə nəsə müzakirə olunsun. Sadəcə, qarşılıqlı əməkdaşlıq memorandumudur. Biz Gürcüstanda ən iri şirkətlərdən və ən iri vergi ödəyicilərindən biriyik. Bu səbəbdən, xırda təşkilatlarla yox, böyük qurumlarla, nazirliklərlə əməkdaşlıq edir, memorandum imzalayırıq".
Baş direktor bu memorandumun müxtəlif idman növlərini əhatə edəcəyini də əlavə edib.
Qeyd edək ki, memorandumu SOCAR prezidenti Rövnəq Abdullayevlə Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Tariel Xeçikaşvili imzalayıb.