1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" və "Zirə" Klublar Komitəsinin iclasına gecikdi - YENİLƏNDİ
AFFA Klublar Komitəsi cari mövsümün son iclasına başlayıb. Sportnet.az-ın məlumatına görə, iclas AFFA-nın inzibati binasında keçirilir.
İclasda AZAL klubunun vitse-prezidenti, komitə sədri Fikrət Hüseynov, "Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, "İnter"in prezidenti Rəşad Qasımov, "Qarabağ"ın baş meneceri Asif Əsgərov, "Sumqayıt"ın prezidenti Kamran Quliyev, "Rəvan"ın vitse-prezidenti İlqar Axundov, "Neftçi"nin icraçı direktorunun müavini Mübariz Xudiyev, "Xəzər Lənkəran"ın beynəlxalq əlaqələr üzrə meneceri Ramil Cahangirov iştirak edir.
"Qəbələ" və "Zirə" nümayəndələri iclasa gecikib. "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov və "Zirə"nin prezidenti Vüqar Astanov iclasa təxminən 45 dəqiqə gec qatılıb.
İclasda əsas müzakirələr legioner rüsumlarının azaldılması və klubların vəziyyəti lə bağlı olacaq.