1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AVRO-2016: Daha 3 oyunun təyinatları
Avropa çempionatında daha 3 görüşün təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, iyunun 13-nə təsadüf edəcək dördüncü oyun günündə də 3 qarşılaşma baş tutacaq.
Günün ilk matçı D qrupunda İspaniya və Çexiya yığmaları arasında baş tutacaq. Oyunu polşalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Şimon Martsinyak olacaq. Ona yan xətt hakimi qismində həmyerliləri Pavel Sokolnitski və Tomaş Listkeviç kömək edəcək. Əlavə köməkçi-hakimlər Pavel Raçkovski və Tomaş Musyaldır. Qarşılaşmada Dördüncü hakim funksiyasını belaruslu Aleksey Kulbakov yerinə yetirəcək. Ehtiyat köməkçi-hakim onun həmyerlisi Vitali Malyutsin, hakim-inspektor Kiros Vassaras (Yunanıstan), UEFA nümayəndəsi isə Aleş Zavrl (Sloveniya) olacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
E qrupunun oyunlarının təyinatları isə belədir:
20:00. İrlandiya - İsveç
Baş hakim: Milorad Majiç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curceviç
Əlavə köməkçi-hakimlər: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Matey Yuq
Ehtiyat köməkçi-hakim: Yure Praprotnik (hər ikisi Sloveniya)
Hakim-inspektor: Mark Batta (Fransa)
UEFA nümayəndəsi: Yanis Mejekis (Latviya)
Sent-Deni. "Stad de France"
23:00. Belçika - İtaliya
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Karlos Del Serro Qrande)
Ehtiyat köməkçi-hakim: Xuan Yuste Ximenes (hər ikisi İspaniya)
Hakim-inspektor: Daqmar Damkova (Çexiya)
UEFA nümayəndəsi: Martin Sturkenbom (Hollandiya)
Lion. "Stade de Lion"