1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Prosineçki millimizin rəqibini izlədi
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Fransada keçirilən Avropa çempionatını izləyir. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis AVRO-2016-nın D qrupunda keçirilmiş İspaniya – Çexiya oyununa tribunadan baxıb.
Tuluza şəhər stadionundakı görüş İspaniyanın qələbəsi ilə yekunlaşıb - 1:0. Çexiya yığması DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb.
Qeyd edək ki, Azərbaycan DÇ-2018-in seçmə mərhələsinin C qrupunda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marino yığmaları ilə mübarizə aparacaq. Rəqiblərdən ilk 3-ü hazırda Avropa çempionatında mübarizə aparır. Çexiya ilə yanaşı, Şimali İrlandiya da 0:1 hesabı ilə Polşaya uduzub. Almaniya isə Ukraynanı 2:0 hesabı ilə yenib.