1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
MOİK rəsmisi Türkiyədə
Azərbaycan I Divizionunda mübarizə aparan MOİK-in vitse-prezidenti Ramil Əliyev Türkiyəyə səfərə yollanıb. Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, R.Əliyev qardaş ölkədə azərbaycanlı futbolsevərlərə yaxından tanış olan sima ilə də görüşüb.
O, hələ "Rəvan"da işlədiyi vaxtdan tanıdığı komandanın keçmiş baş məşqçisi Cevat Gülərlə bir araya gəlib. Onlar Azərbaycan futbolunun hazırkı durumu, görülməli işlərdən və ümumi futbol məsələləri üzrə fikir mübadiləsi aparıb.
Qeyd edək ki, "Qalatasaray” və "Ordusupor”da baş məşqçi olmuş Cevat Gülər ölkəmizdə "Rəvan”dakı fəaliyyəti ilə diqqət çəkib. 2012/2013 mövsümünün startına Bakı klubu məhz onun rəhbərliyi altında başlayıb. Amma Premyer Liqada 4 oyundan sonra güclü rəqiblərdən alınmış 3 xal və cəmi 1 məğlubiyyət fonunda klub rəhbərliyi onu istefaya göndərib.