Albaniya və Rumıniya yığmaları AVRO-2016-nın III tur matçı üçün heyətlərini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Albaniya millisini kapitan qismində meydana yenə "Qarabağ"dan çağırılmış Ansi Aqolli çıxaracaq.
Ötən tur da cəzalı Lorik Sananın yoxluğunda sarğı Aqolliyə həvalə olunmuşdu.
Rumıniya: 12.Çiprian Tataruşanu ("Fiorentina", İtaliya), 2.Aleksandru Matel ("Dinamo" Zaqreb, Xorvatiya), 5.Ovidiu Hoban ("Hapoel" Beer Şeva, İsrail), 6.Vlad Kirikeş ("Napoli", İtaliya - kapitan), 9.Denis Alibek ("Astra"), 10.Nikolae Stançu ("Styaua"), 18.Andrey Prepelita ("Ludoqorets", Bolqarıstan), 19.Boqdan Stanku ("Gənclərbirliyi", Türkiyə), 20.Adrian Popa ("Styaua"), 21.Draqoş Qriqore ("Əl-Sailiya", Qətər), 22.Kristian Sapunaru ("Panduri", Ruminiya)
Baş məşqçi: Angel İordanesku
Albaniya: 1. Etrit Berişa ("Latsio", İtaliya), 2. Andi Lila ("Yannina", Yunanıstan), 3. Ermir Lenyani ("Nant", Fransa), 4. Elseid Husay ("Napoli", İtaliya), 7. Ansi Aqolli ("Qarabağ", Azərbaycan - kapitan), 8. Mirqyen Başa ("Komo", İtaliya), 9. Ledian Memuşay ("Teskara", İtaliya), 10. Armando Sadiku ("Vaduts", Lixtenşteyn), 15. Merqim Mavray ("Köln", Almaniya), 18. Arlind Ayeti ("Frozinone", İtaliya), 22. Amir Abraşi ("Frayburq", Almaniya)
Baş məşqçi: Covanni de Byazi