1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dani Kintana: "Düdelanj" haqda məlumatım yoxdur"
"Məşqlərimiz ağır keçir, 20 gündən çox müddətdə davam edəcək təlim-məşq toplanışına ehtiyacımız var idi. Bütün fikrimizlə məşqlərə köklənmişik. Daha çox fiziki və toplu çalışmalara üstünlük veririk və bir neçə yoxlama matçlarımız da var". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Dani Kintana klubun rəsmi saytına açıqlamasında komandanın Avstriya toplanışını dəyərləndirərkən deyib.
Hazırlığın normal keçdiyini söyləyən ispaniyalı yarımmüdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları Lüksemburqun "Düdelanj" komandası haqda məlumatlı olmadığını bildirib: "Düzünü desəm, rəqib haqda məlumatım yoxdur. Onların bəzi oyunlarına baxmalı və futbolçuları haqda daha çox məlumata sahib olmalıyıq. Bu mövsüm də Avropada əlimizdən gələnin ən yaxşısını etməyə və mərhələni keçməyə çalışacağıq. Avrokuboklarda oynamaq bizim üçün çox vacibdir".
29 yaşlı futbolçu çətin Azərbaycan təmsilçisini çətin oyunun gözlədiyini söyləyib: "Onlar həm ölkə çempionatının, həm də kubokun qalibidirsə, deməli, güclü rəqibdir. Bizim üçün çox çətin mərhələ olacaq. Necə ki, keçən il bunu Monteneqro təmsilçisi "Rudar"la oyunda yaşadıq. Həm səfər, həm də evdə bizi ağır oyun gözləyir. Rəqibə hömətlə yanaşırıq. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə yüksələk".