1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yuri Syomin: "Yığmada işləməyə hazıram"
"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin Rusiya millisinə rəhbərlik etməyə hazırdır. Sportnet.az-ın məlumatına görə, bu barədə 69 yaşlı mütəxəssis "Sovetskiy Sport"a açıqlamasında bildirib.
O deyib ki, belə bir varianta yaxşı yanaşır: "Ötənlərin təcrübəsini nəzərə alıram. Bu, çox vacibdir. Həmin vaxt bir oyunu da uduzmamışdıq. Hazırkı heyətlə daha çoxuna nail olduğumuzu demək tezdir. Təklif nə vaxt olsa, onda danışarıq".
Syominin fikrincə, yığmada əcnəbi mütəxəssislərin çalışması çoxdan çevirilmiş səhifədir. Çünki ilk uğurun davamı gəlməyib.
Qeyd edək ki, Yuri Syomin "Qəbələ"də 2014-2015 mövsümündə çalışıb. O, komandaya tarixində ilk dəfə bürünc medal və Avropa Liqasına vəsiqə qazandırıb. Syomin 2005-ci ildə rəhbərlik etdiyi Rusiya yığmasında heç bir oyunu uduzmasa da, növbəti ilin dünya çempionatına yüksələ bilməyib.