Ukrayna milli komandaısnın baş məşqçisi Mixail Fomenkonun istefası reallaşıb. Sportnet.az-ın məlumatına görə, bu haqda yığmanın mətbuat xidməti məlumat yayıb.
Belə qərar millinin AVRO-2016-da bərbad çıxışı ilə əlaqədar qəbul olunub. Belə ki, Mixail Fomenkonun komandası qrupda keçirdiyi hər 3 oyunda nəinki uduzub, qol da vura bilməyib. 62 yaşlı ukraynalı mütəxəssis 2012-ci idən yığmanı çalışdırırdı.