
AVRO-2016-nın 1/8 final mərhələsinin son iki oyunu üçün hakim təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, türkiyəli referi Cüneyt Çakır bu dəfə də iş başında olacaq.
Çakır İtaliya - İspaniya oyununu idarə edəcək.
20:00. İtaliya - İspaniya
Baş hakim: Cüneyt Çakır
Yan xətt hakimləri: Bahəttin Duran, Tarık Onqun
Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Barış Şimşək
Ehtiyat köməkçi hakim: Maykl Mullarkey
Dördüncü hakim: Martin Atkinson (hər ikisi İngiltərə)
23:00. İngiltərə - İslandiya
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi-hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Ehtiyat köməkçi hakim: Roberto Alonso Fernandes
Dördüncü hakim: Karles Velasko Karbalyo (hər ikisi İspaniya)