Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi” bu gün hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, üçüncü rəqib Rumıniyanın "CSMS İaşi” klubu olacaq.
Bakı vaxtı ilə saat 19:00-da başlayan matç məhsuldar heç-heçə ilə nəticələnib. Vəli Qasımovun komandsı oyunda həmişə hesabda geri düşən tərəf olub. Bakılılardan qolları Ruslan Qurbanov (34-cü dəqiqə), Elşən (57-ci dəqiqə) və Araz Abdullayevlər (86-cı dəqiqə) vurublar.
Yoldaşlıq görüşü
25 iyun
"Neftçi" - "CSMS İaşi” - 3:3
"Neftçi”: Krşevan Santini, Məqsəd İsayev, Vançe Şikov, Jairo, Dario Melnyak, Edson Kastilyo, Murad Ağayev, Rəhman Hacıyev, Araz Abdullayev, Ruslan Qurbanov, Elşən Abdullayev.
Ehtiyat oyunçular: Maksim Vaylo, Rahil Məmmədov, Elvin Bədəlov, Kamal Qurbanov, Fəhmin Muradbəyli, Orxan Qurbanlı, Aqsin Qurbanlı.
Oyun başladı.
15-ci dəqiqə. Araz Abdullayevin zərbəsindən sonra rəqib qapıçı topu küncə çıxardı.
19-cu dəqiqə. Rəqib komanda hesabı açdı – 0:1.
26-cı dəqiqə. Rəhman Hacıyevin zərbəsindən sonra top qapıdan yan keçdi.
28-ci dəqiqə. Rəqib komanda daha bir qol vurdu – 0:2.
34-cü dəqiqə. Ruslan Qurbanov hesab arasındakı fərqi azaltdı - 1:2.
İlk hissə bitdi.
İkinci hissə başladı. Vançe Şikovu Rahil Məmmədov əvəzləyib.
51-ci dəqiqə. Rəqib futbolçuları geridə qoyan Elşən Abdullayevin zərbəsi qapının üstündən keçdi.
komandamızın hücumları şəraitində davam edir.
54-cü dəqiqə. Edson Kastilyonun zərbəsindən sonra top qapının yanından keçdi, bundan 1 dəqiqə sonra isə Dario Melnyaka qol vurmağa rəqib qapıçı mane oldu.
57-ci dəqiqə. Elşən Abdullayev hesabı bərabərləşdirdi - 2:2.
60-cı dəqiqə. Ruslan Qurbanovun əvəzinə meydana Fəhmin Muradbəyli daxil oldu.
65-ci dəqiqə. Rəqib komanda penalti zərbəsi ilə hesabda irəli keçdi – 2:3.
70-ci dəqiqə. Jaironu Elvin Bədəlov əvəzlədi.
79-cu dəqiqə. Elşən Abdullayevin əvəzinə meydana Aqşin Qurbanlı daxil oldu.
86-cı dəqiqə. Araz Abdullayev gözəl zərbə ilə hesabı bərabərləşdirdi - 3:3.
87-ci dəqiqə. Məqsəd İsayev, Rəhman Hacıyev və Dario Melnyakın əvəzinə meydana Orxan Qurbanlı, Eltun Yaqublu və Kamal Qurbanov daxil olublar.
Oyun 3:3 hesabı ilə başa çatıb.