
AVRO-2016-da ilk 1/8 final matçından sonra xoşagəlməz olay yaşanıb. Sportnet.az-ın məlumatına görə, İsveçrə yığmasının oyunsonrası penaltilər seriyasını məğlubiyyətini həzm edən bilməyən azarkeşləri Polşa millsinin futbolçularına stəkan və butulkalar atıblar.
Robert Levandovski və komanda yoldaşları qələbəni penaltilər vurduqları qapının arxasında qeyd ediblər. İsveçrəli aktiv azarkeşlər də məhz bu qapının arxasında olublar. İsveçrə millisinin kapitanı Ştefan Lixtştayner polşalılara irad bildirəndən sonra onlar qələbəni bayram etmək üçün digər qapıya yollanıblar.