"Qəbələ" klubunun sabiq baş məşqçisi Yuri Syomin futbol üzrə Rusiya yığmasını çalışdıra biləcək məşqçilər haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, 69 yaşlı mütəxəssis bu postda Valeriy Qazzayevin olmasının vacibliyini vurğulayıb.
Rusiya yığmasının Avropa çempionatındakı çıxışından söz açan mütəxəssis bunları bildirib: "Yığmaya təcrübəli mütəxəssisin lazım olduğunu düşünürəm. Kim? Valeriy Qazzayev... O, müstəqil qərar verə və bu qərarları müdafiə edə bilən biridir. Onun təcrübəsi də kifayət qədərdir. Minimum büdcə ilə MOİK-i (2004/2005) Avropa Liqasının qalibi etdi".
Qeyd edək ki, Y.Syomin 2013/2014 mövsümündə "Qəbələ"də çalışıb.