Moldova futbolunda tarixin ən qəribə avtoqollarından biri qeydə alınıb.
Sportnet.az xəbər verir ki, hadisə Liqa 1-in pley-off mərhələsinin 1/4 finalında keçirilən "Real Sirets" – "Oğuz" matçının 75-ci dəqiqəsində yaşanıb.
Kuryoz epizod zamanı meydandakı futbolçuların böyük hissəsi oyundan yayınsa da, top qapıya daxil olub. Zədəli komanda yoldaşı Valentin Rebejaya kömək etmək istəyən "Real Sirets"in qolkiperi Adrian Muntyanu qapıdan uzaqlaşıb. "Oğuz"un oyunçusunun zərbəsi zamanı həm futbolçuların bir qismi, həm şərhçi, həm də yayım rejissoru vəziyyəti tam izləyə bilməyib.
Nəticədə top Rebeja dəyərək tora doğru istiqamətlənib. Bu avtoqol epizodu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, qarşılaşma “Real Sirets”in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ну такого гола вы точно никогда не видели!
— Vladimir Strutinski ???????????????????????? (@VStrutinski) May 16, 2026
Ну это чемпионат Молдовы! pic.twitter.com/JECRryNHo2















































































