1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nicat Qurbanov: "Prezidentdən qorxulası bir şey yoxdur" - MÜSAHİBƏ
"Kəpəz"in futbolçusu Nicat Qurbanov Avropa Liqasının I təsnifat mərhələsində "Daçiya" ilə cavab matçı öncəsi Sportnet.az-ın Moldovaya ezam olunmuş əməkdaşına müsahibəsi
- "Daçiya" ilə oyundan öncə özünü necə hiss edirsən?
- Hər şey yaxşıdır. Oyuna hazırlaşırıq. Matça Moldovada tam hazır olacağıq.
- Həyəcan varmı?
- Yox. Sadəcə, məsuliyyət var. "Kəpəz" 16 ildən sonra avrokuboklarda oynayır. Bu məsuliyyəti hiss edirik, dərk edirik.
- Rəqib 2 gün Bakıda qalmalı olduğundan, sizin cavab matçına hazırlaşmağa daha çox vaxtınız oldu. Bu, "Kəpəz" üçün üstünlük sayıla bilərmi?
- Buna tam üstünlük deməzdim. Ola bilər ki, bəzi komponentlərdə xeyri olsun. Ancaq buna görə deyim ki, biz onlardan bir baş üstün olacağıq - yox, belə düşünmürəm. Səfərdə oynayırıq ki, bu da bizim üçün ağır ola bilər. Nəticənin yaxşı olması üçün əlimizdən gələni edəcəyik.
- Aqressiv futbolçusan. Baş məşqçiniz Şahin Diniyev bununla bağlı sənə bir şey deyibmi? Çünki aqressivliyin komandaya baha başa gələ bilər...
- Əlbəttə, komanda yeni qoşulduğumda mənə demişdi ki, bir az əəsbi oynayırsan. Çalışırıq ki, komandaya daha çox xeyir verək, nəinki ziyanımız dəysin. Matçlarda sakit oynamağa, ancaq futbol haqda düşünməyə səy göstəririk.
- Azərbaycan klublarında əvvəl belə bir "xəstəlik" var idi ki, səfər oyunlarına çıxanda ilk 5 dəqiqədə minimum 1 qol buraxırdılar. "Kəpəz" belə bir start həyəcanının olacağını ehtimal etmək olarmı? Heyətdə yeni legionerlərin çox olduğunu nəzərə alsaq, belə bir halla rastlaşacağınızı düşünmürsən ki?
- Əlbəttə, belə bir şeyin olmadığını istəyərik. Bu, futboldur. Deməzdim ki, ilk 10 dəqiqə buraxacağımızı fikirləşəcəyik. Biz də hücum edəcəyik. Bəlkə elə oldu ki, ilk 5-10 dəqiqədə biz qol vurduq. Oyunda hər şey daha yaxşı görünəcək. Ən önəmlisi olan qol buraxmamağa çalışacağıq.
- Çoxları fikirləşirdi ki, "Daçiya" cütün aşkar favoritidir. Ancaq rəqib gözlənildiyi kimi çıxmadı...
- Mən deyərdim ki, biz yaxşı oynadıq. Xüsusilə ilk hissədə. Ancaq ikinci hissədə müdafiəəd daha çox "oturduq". Biz yaxşı oynadığımızdan "Daçiya"nın gücü görsənmədi. Düşünüərm ki, rəqib evdə fərqli oynayacaq.
- Penaltilər üzərində məşq etmisinizmi?
- Bakıda son məşqimizdə etdik. tbiolçular da özünə güvənir. Penaltiyə qalmarıq, cütün taleyini 90 dəqiqədə həll edərik.
- Moldovada "Daçiya"da baş məşqçinin taktikasından çəkinirsiniz, yoxsa klub prezidentinin?
- (gülür) Açığı, klub prezidentindən bizə qarşı bir şey görmədim. Sadəcə, bir epizodda oldu.
- Hiss olunur ki, onda baş məşqçi qabiliyyəti var...
- Əslində, birinci elə bildim ki, o, baş məşqçidir. Sonra mətbuatda oxudum ki, klub prezidentidir. Prezidentdən qorxulası bir şey yoxdur. Biz çıxıb futbolumuzu oynayacağıq. Kimlər gəlir-gəlsin, onun bizə aidiyyatı yoxdur.
- Bəlkə bu, onun gizli taktikası idi?
- Bunu artıq onlar bilər (gülür). Mən deyə bilmərəm.
- "Kəpəz" ilk matçda yaxşı oynasa da, fiziki problem özünü göstərdi. Müəyyən müddət "Daçiya" üstünlüyü tam ələ almışdı. Şahin müəllim də dedi ki, bunu aradan qaldırmağa çalışacağıq. Səncə, buna nə dərəcədə nail olmusunuz?
- Oyundan sonra 1 həftədə fiizki məşqlər çox oldu. Bu da fikizi durumu artırmaq üçün idi. Həm də biz yeni komandayıq. "Kəpəz"ə 5 yeni futbolçu gəlib. Heyətdə də dəyişiklər var. Bu da oyunda özünü göstərir ki, bir az fikziki "axsama" var. Bakıda fikiz çalışmaların bəhrəsini səfər oyununda görərik.
- Səfər öncəsi sizi ən çox narahat edən nədir? Meydandan kənar amil olsun...
- Sadəcə, oyunu fikirləşirik. Bizi narah edən bir şey yoxdur. Hər şey qaydasındadır.