1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Daçiya"dan "Kəpəz"ə qarşı cığallıq
"Kəpəz"in baş məşqçisi Şahin Diniyevin Moldovada "Daçiya" ilə oyundan öncə keçirəcəyi mətbuat konfransının vaxtı və yeri dəyişdirilib. Sportnet.az-ın Kişinyova ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, buna "Daçiya" tərəfi ilə fikir ayrılığının yaranması səbəb olub.
Yerli komanda jurnalistlərlə görüşün oyunun keçiriləcəyi Speya şəhər stadionunda keçirilməməsini istəyib. Səbəb kimi həmin stadionun paytaxtdan 30 km aralıda və jurnalistlərin gediş-gəlişi üçün uzaq olması göstərilib. Alternativ variant kimi mətbuat konfransının "Daçiya"nın qaldığı oteldə təşkili təklif olunub. Lakin Diniyev bununla razılaşmayıb. O, mətbuat konfransını yalnız "Kəpəz"in məskunlaşdığı "Aria" otelində keçirə biləcəyini vurğulayıb. Lakin aparılan müzakirələrdən sonra komanda üzərində əlaqə təzyiqin yaradılmaması üçün tədbirin "Jolly Alon" otelində təşkilinə razılıq verilib. Diniyevin media önünə Bakı vaxtı ilə saat 15:00-da, "Daçia"nın meneceri Adlan Şişxanovla kapitan Simeon Bulqaru isə bundan yarım saat sonra çıxacaq.
"Kəpəz"in məşqi isə saat 19:00-da başlanacaq. Məşq məkanının Kişinyovdan saatyarım uzaqda olması da qonaq komandada narazılıq yaradıb. Diniyev məşqi paytaxtdakı "Zimbru" stadionuna salmaq istəsə də, arenanın başqa komandanın ixtiyarında olması səbəbindən bu variant baş tutmayıb.
Qeyd edək ki, "Daçiya" - "Kəpəz" görüşü iyulun 7-də saat 19:00-da başlanacaq.