"Qəbələ"nin Avropa Liqasının II təsnifat mərhələsində tarixi matça çıxacaq. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar"ın görüşəcəyi MTK-ın təmsil olunduğu Macarıstan ilk dəfə klubalrımıza rəqib olur.
Belə ki, Azərbaycan komandalarının 1994-cü ildən çıxış etdikləri avrokuboklarda indiyədək bu ölkənin təmsilçiləri ilə yolları kəsişməyib. Bununla da Macarıstan futbol tariximizə qitəmiqyaslı turnirlərdə növbəti rəqib - 41-ci ölkə kimi düşüb.
"Qəbələ" 2014-cü ildən mübarizə apardığı avrokubokarda bunadək 6 ölkəyə rəqib olub. Bunlar hamısı Avropa Liqasına təsadüf edib. Həmin ölkələrdən Gürcüstanla (Tiflis "Dinamo"su ilə "Samtredia") Yunanıstan ("Panatianikos"la PAOK) hərəyə 2 komanda ilə "qırmızı-qaralar"la üzləşib. Bosniya və Herseqovina "Şiroki Brityq"lə, Serbiya "Çukariçki" ilə, Kipr "Apollon"la, Rusiya "Krasnodar"la, Almaniya Dortmund "Borussiya"sı ilə "Qəbələ"nin qarşısına çıxıb.
Qeyd edək ki, "Qəbələ"nin tarixi matçı iyulun 14-də səfərdə, cavab oyunu bundan 1 həftə sonra Bakıda "Bakcell Arena"da olacaq.