1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Doğum evi AVRO-2016-nın ən yaxşısı ilə bağlı suallara son qoydu
AVRO-2016-da iştirak edən Portuqaliya yığmasının futbolçusu Renatu Sançeşin təvəllüdü ilə bağlı söz-söhbətlərə son qoyulub. Sportnet.az-ın məlumatına görə, "Bavariya"nın yarımmüdafiəçisinin həqiqətən 18 yaşı var.
Futbolçunu dünyaya gətirən doğum evi bununla bağlı arayışı təqdim edərək, yaşını təsdiqləyib.
Orada göstərilib ki, Renatu 1997-ci ilin avqustun 17-də dünyaya gəlib.
Sançeşin yaşı ilə bağlı şübhələr ondan sonra yaranıb ki, futbolçunun doğum tarixi valideynləri boşanandan 5 il sonra qeydiyyatdan keçib. Renatu anadan olandan 5 ay sonra futboçunun atası Fransaya mühacirət edib. O, 5 il sonra Portuqaliyaya qayıdıb və məhz həmin vaxt övladının təvəllüdü qeydiyyatdan keçirilib.
Tanınmış fransalı mütəxəssis Gi Ru Sançesin əslində 18 yox, 23-24 yaşının olması ilə bağlı açıqlamasından sonra şübhələr daha da artıb. Futbolçu isə hesab edir ki, bu bəyanat yolverilməzdir. O, öz vəkilindən 77 yaşlı mütəxəssisin yalan ittihamı ilə bağlı şikayət etmək üçün sənədləri hazırlamağı xahiş edib.
Qeyd edək ki, Sançeş Portuqaliya yığmasının 2 dəfə - 1/8 və 1/4 final oyunlarında ən yaxşı futbolçu seçilib.