1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Finalın qəhrəmanının Azərbaycan millisi ilə bağlılığı
AVRO-2016-nın finalının qəhrəmanı olan Ederin yığma karyerasında Azərbacan millisi xüsusi yer tutur. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı hücumçu millidə məhz yığmamızda matçda debüt edib.
Bu, DÇ-2014-nün seçmə mərhələsində 2012-ci ilin sentyabrın 11-də Braqada keçirilən rəsmi oyun olub. Eder 3:0 hesabı ilə qalib gəldikləri həmin matçın 87-ci dəqiqəsidə Elder Poştiqanın yerinə meydana çıxıb. Poştiqa bundan 2 dəqiqə öncə Kamran Ağayevin qoruduğu qapıya yol tapıb. Eder meydana çıxandan 1 dəqiqə sonra müdafiəçi Bruno Alveş oyunda son nöqtəni qoyub.
Eder həmin vaxt "Braqa"da oynadığından millidə doğma stadionda debüt edib. O, yığmaya ilk dəvətini belə xatırlayıb: "Mənə yığmaya çağırılmaqla bağlı zəng gələndə evdə oturub nahar edirdim. O dərəcədə şokda idim ki, hətta yeyə bilmirdim. Bu, əsl xoşbəxtçilik idi!"
Hazırda "Lill"in futbolçusu olan hücumçu millidə 29 matçda 4 qol vurub.
Xatırladaq ki, Eder Fransaya 1:0 hesabı ilə qalib final oyununda 79-cu dəqiqədə meydana daxil olub və 109-cu dəqiqədə qələbə topunun müəlliif olub.