Aяərbaycanlı futbolçu Ramil Şeydayevin Rusiyanın "Zenit" klubundan gedişinin səbəbi məlum olub. Sportnet.az-ın məlumatına görə, 20 yaşlı hücumçunun agenti Sergey Kuşov bununla bağlı açıqlama verib.
Onun sözlərinə görə, Şeydayev əsas komandada şans qazanmadığına görə yeni müqavilə imzalamaqdan imtina edib: "Onunla yeni müqavilənin detallarını heç kim müzakirə etmirdi. Şeydayevin elekton ünvanına şablon müqvailə göndərildi. Buna əsasən o, ayda 300 min rubl qazanırdı. Ancaq əsas bu, deyil. Ramil inkişaf etmək, əsas komanda ilə məşq etmək və böyük futbolda şans əldə etmək istəyirdi, birinci divizonda yox".
Xatırladaq ki, "Trabzonspor"a keçən Şeydayev ötən mövsümü Rusiyanın birinci divizionda "Zenit-2"də keçirib.