"Qarabağ"ın albaniyalı futbolçusu Ansi Aqolli Çempionlar Liqasında Lüksemburqun "Düdelanj" klubuna 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra müsahibə verib. Milli komandasının heyətində AVRO-2016-nın iştirakçısı olan sol cinah müdafiəçisi Sportnet.az-ın da sualını cavablandırıb.
- İlk olaraq matç haqda düçüncələrinizi bölüşərdin...
- Çempionlar Liqaısnda yeni mövsümdə qələbə ilə başladığımıza, 2:0 hesablı nəticəyə görə çox şadıq. Biz buna yaxşı oyun göstərərək nail olduq. Hesab edirəm ki, qazandığımız nəticədən razı olmalıyıq. Ancaq bizi qarşıda cavab oyunu gözlədiyindən hələ heç nə həll olunmayıb.
- Avropa çempionatında güclü futbolçulara qarşı oynayandan sonra belə rəqiblə qarşılaşma necə idi?
- Əlbəttə, Avropa çempionatında səviyyə yüksəkdir. Ancaq bu, heç bir önəm daşımır. Futbolda sıradan heç bir oyun yoxdur. "Düdelanj" Çempionlar Liqasının bur mərhələsi üçün güclü rəqibdir.
- Avropa çempionatında iştirak sənə nə verdi? Futbola düşüncən dəyişdimi?
- Yox, heç bir dəyişiklik olmayıb. Avropa çempionatında iştirak həm mənim, həm də hər bir futbolçu üçün böyük təcrübədir. İstənilən vəziyyətdə həmişə peşəkar qalmalısan. İndi mən klubumun sıralarına qayıtmışam və "Qarabağ"ın Çemponlar Liqasında uğurlu çıxışı üçün mümkün olan hər şeyi edəcəyəm.
- Avropa çempionatından sonra istirahət etmədin və "Qarabağ"ın təlim-məşq toplanışına gec qoşuldun. Bunu nəzərə nəzərə alsaq, fiziki durumunu necə qiymətləndirərdin?
- Mən özünü yaxşı formada saxlamağa çalışıram. Ancaq bu, elə də asan deyil. Çünki istirahətim olmayıb. İndi özümü yaxşı hiss edirəm. Sevinirəm ki, istirahətimin olmamağı yalnız futbolla bağlıdır. Bundan sonra necə olacağını bilmirəm. Bəlkə gələcəkdə dincələ bildim.
- Növbəti məqsədiniz nədir?
- İlk olaraq "Düdelanj"ı keçmək lazımdır. İndi əsas məqsədimiz budur. Artıq bundan sonra növbəti məqsəd haqda düşünəcəyik.