"Bakı çox gözəl şəhərdir. İnsanlarını da xüsusilə qeyd etmək istəyirəm". Sportnet.az-ın məlumatına görə, bunu Makedoniyanın "Şkendiya" klubunun baş məşqçisi Bruno Akrapoviç deyib.
Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçiriləcək ilk oyun haqda bunları bildirib: "Diqqətimizi oyuna yönəltmişik. Rəqibi analiz etmişik. İstədiyimiz oyunu göstərməyə çalışacağıq. "Neftçi" güclü komandadır. Nəticə qazanmaq üçün intizamlı şəkildə çıxış etməliyik. Hər bir komanda oyuna hazırdır. Nəticənin necə olacağını isə sabah görəcəyik".
"Hər iki oyunu izləmişəm. Araz Abdullayevi xüsusilə qeyd etmək istəyirəm. "Neftçi"nin heyətində Ruslanı, Rəhmanı qeyd edə bilərəm. Heyətdə keyfiyyətli futbolçular çoxdur. Qələbə və heç-heçə bizi qane edəcək. "Neftçi"nin ev oyunları ilə bağlı statistikasından xəbərimiz var. Heç bir Makedoniya klubu Azərbaycanda qələbə qazana bilməyib. Biz siftə etmək istəyirik. Məşqçilikdə gəncəm. Futbolu 42 yaşımda bitirmişəm. İşlədiyim klublarda mənim üslübümda çalışmayan insanlar yox idi. Bu səbəbdən 2011-ci ildən bu yana işlədiyim komandalarda bir ildən artıq qalmamışam. Ancaq statistikamda qələbə qazandığım oyunlar da var"