1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mahmud Qurbanov: "Kəpəz"in Avstriyada sərfəli nəticə üçün gücü var"
UEFA Avropa Liqasının II mərhələsinin oyunları çərçivəsində keçiriləcək "Admira” – "Kəpəz” oyununu izləyənlər arasında milli komandamızın məşqçisi Mahmud Qurbanov da olacaq. Sportnet.az-ın məlumatına görə, Gəncə futbol məktəbinin yetirməsi "sarı-göylər” ilə birgə Avstriyaya gəlib.
Qurbanov "Kəpəz"in rəsmi saytına bugünkü oyunla bağlı fikirlərini bölüşüb. O, 1995-ci oldə elə bu komandanın heyətində avrokuboklarda oynadığı Avstriyadakı matçı xatırlayıb: "Bildiyiniz kimi, "Kəpəz” bundan öncə də Avstriya klubuna rəqib olub. Gəncə klubu 21 il öncə Vyananın "Austriya” komandası ilə qarşılaşmışdı. Həmin vaxt mən də heyətdə yer almışdım. Avrokuboklarda "Kəpəz”in debütü idi. Evdə və səfərdə bu komandaya uduzmuşduq. Çünki çox güclü idilər. "Austriya” ilə oyunda Azərbaycan klublarının qitə miqyaslı turnirlərdə ilk qolu vurulmuşdu. Mənim ötürməmdən sonra Yadigar Süleymanov fərqlənmişdi. Bundan əlavə 11 metrlik cərimə zərbəsindən yararlana bilməmişdik. Bu gün "Kəpəz”in ikinci Avstriya sınağıdır. Düşünürəm ki, rəqib yenə güclüdür. Amma komandamızın bu dəfə daha yaxşı oyun göstərib evə sərfəli nəticə ilə qayıdacağına ümid böyükdür. Komandanın buna yetəcək gücü var”.