Bakının "Neftçi" klubu Avropa Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib Makedoniyanın "Şkendiya" klubu olub.
"Bakcell Arena"da keçirilən qarşılaşmanın ilk hissəsində komandalar hücum qursalar da, qol qeydə alınmayıb.
İkinci hissəyə meydan sahibləri daha aktiv başlayıb. Buna baxmayaraq ikinci hissədə də qapılara qol vurulmayıb və oyun 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, cavab görüşü bir həftə sonra Makedoniyada keçiriləcək.
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
14 iyul
20:00. "Neftçi" (Azərbaycan) - "Şkendiya" (Makedoniya) - 0:0
Baş hakim: Sergey Tsinkeviç
Yan xətt hakimləri: Yevgeni Romanov, Vitali Malyutin
Dördüncü hakim: Viktor Şimusik (hamısı Belarus)
Bakı, "Bakcell Arena".