1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" yubiley matçında ilkə imza atdı
"Qəbələ" 2014-cü ildən çıxış etdiyi avrokuboklarda ilkə imza atıb. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" ardıcıl 3-cü mövsümdür çıxış etdiyi qitəmiqyaslı turnirlərdə ilk səfər qələbəsini Macarıstanda MTK üzərində 2:1 hesabı ilə qazanıb. Bu, komandaya yubiley səfər matçında - 10-cu qarşılaşmada nəsib olub və hamısı Avropa Liqasında olub.
"Qırmızı-qaralar" debüt mövsümündə rumıniyalı baş məşqçisi Dorinel Muntyanunun rəhbərliyi altında Bosniya və Herseqovinada "Şiroki Briyeq"ə 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırəb. Növbəti il "Qəbələ"nin "sükanı arxası"nda artıq ukraynalı Roman Qriqorçuk idi. Komanda mübarizəyə ilk mərhələdən başlayaraq qrupa düşüb və ümumulikdə 14 oyun keçirib. Təbii ki, bunların yarısı ev, yarısı səfər matçları olub.
Həmin 7 səfər oyunundan təsnifatda Gürcüstanda Tiflis "Dinamo"ya 1:2, Serbiyada "Çukariçki"yə 0:2 hesablı məğlubiyyət olubsa, Kiprdə "Apollon"la 1:1, Yunanıstanda "Panatinaikos"la 2:2 hesablı heç-heçəyə imza atılıb. Komandamız Afinada nəticəylə qrupa düşüb. Göründüyü kimi, qələbə olmasa belə, səfərdə daha çox qol vurmaq işimizə yarayıb.
Roman Qriqorçukun komandası qrupda Rusiyada "Krasnodar"a 1:2, Almaniyada Dortmund "Borsusiya"sına 0:4 hesabı ilə uduzub, Yunanıstanda PAPOK-la qolsuz bərabərlik edib.
Ən nəhayət, cari mövsümdə ilk səfər matçında Gürcüstanda "Samtredia"ya 1:2 hesabı ilə olduq. Görünüdüyü kimi, "Qəbələ" bu dəfə həmin hesabla rəqib meydanına qalib gəlib. Özü də "qırmızı-qaralar" avrokuboklarda indiyədək 2:1 hesabı qlaib gəlmədiyindən, növbəti ilkə imza atıblar.
Bu, "Qəbələ" üçün avrokuboklarda keçiridyi 19 oyunda 4-cü qələbə olub. Əvvəlki 3 qələbələr evdə "Dinamo"nu 2:1, "Çukariçki"ni 2:0, "Samtredia"nı 5:1 hesabı ilə məğlub etdiyi matçlardır.
Mehman Süleymanov
AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib