"Neftçi"nin avrokuboklarda qol seriyası qırılıb. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar" ardıcıl 7 matçdan sonra qitəmiqyaslı turnirdə meydanı qolsuz tərk ediblər. Bu, Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyanın "Şkendiya" klubu ilə 0:0 hesabı ilə nəticələnn matçda olub.
"Ağ-qaralar"ın avrokuboklarda sonuncu dəfə qol vurmadığı matç elə Avropa Liqasının təsnifat mərhələsinin ilk oyunu, elə "Bakcell Arena"da qolsuz bərabərliklə nəticələnən qarşılaşma olub. Bu, 2014-cü ilin iyulun 31-də Gürcüstanın "Çixura" klubu ilə matç olub. "Neftçi" səfərdəki cavab matçında 3:2 hesabı ilə qalib gələrək mərhələ keçib. Nəticədə pley-offa çıxan komanda Serbiyanın "Partizan" klubu ilə oyunlarda (səfərdə 2:3, evdə 1:2), ötən mövsüm isə Çernoqoriya ""Mladost"unu (evdə 2:2, səfərdə 1:1) mübarizədən kənarlaşdıra bilməsə də, qol vura bilib.
Cari mövsümdə isə "Şkendiya" ilə oyunadək isə I təsnifat mərhələsində üstün olduğu Maltanın "Baltsan" klubuna (səfərdə 2:0, evdə 1:2) qol vurmaq mümkün olub.
"Neftçi"nin avrokuboklarda 2014-cü ildən çıxış etdiyi "Bakcell Arena"da qələbə həsrəti hələ də davam edir. Bu isə artıq 6 oyuna çatıb.
Mehman Süleymanov
AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib