1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov stadiondan narazı qaldı
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Lüksemburq təmsilçisi "Düdelanj"ın qonağı olacaq "Qarabağ" oyunöncəsi son məşqinə çıxıb. Sportnet.az-ın məlumatına görə, Ağdam komandasının son məşqi iyulun 19-da yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürüb.
Son hazırlıqlar matçın keçiriləcəyi "Jos Nosbaum" stadionunda baş tutub. Baş məşqçi Qurban Qurbanov meydanın vəziyyətindən narazılıq ifadə edib: "Ot örtüyü o qədər də yaxşı deyil, bu amil bizim oyunumuza təsir edə bilər. Amma biz maksimum çalışacağıq ki, səhvlərə yol verməyək. Rəqibimiz də istəkli komandadır, növbəti mərhələyə vəsiqə qazanmaq üçün vuruşacaq. Bizi ciddi oyun gözləyir, həddindən artıq diqqətli olmalıyıq. İki oyunun nəticəsinə görə növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik".
Qeyd edək ki, "F91 Düdelanj" - "Qarabağ" matçı bu gün saat 20:00-da başlayacaq və Azərbaycan klubunun "Youtube" kanalı vasitəsilə canlı yayımlanacaq.