Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Sportnet.az-ın məlumatına görə, mübarizə "Kəpəz"lə "Admira Vakker"in Bakıdakı qarşılaşması ilə başlayıb.
Gəncə təmsilçisi səfərdə olduğu kimi, evdə də uduzub. Bu dəfə məğlubiyyət 2 top fərqi ilə olub. Şahin Diniyevin komandası hər hissədə buraxdığı qolla məğlub olub. Bununla da "Kəpəz" 16 illik fasilədən sonra qayıtdığı avrokuboklarda mübarizəni II təsnifat mərhələsində dayandırıb.
Avropa Liqası, II təsnifat mərhələsi
Cavab oyunu
20 iyul
20:00. "Kəpəz" (Azərbaycan) - "Admira Vakker" (Avstriya) - 0:2
Qollar: Kristof Knasmullner, 17, Patrik Şmidt, 78
Baş hakim: Vitali Meşkov
Yan xətt hakimləri: Valeri Dançenko, Maksim Qavrilin
Dördüncü hakim: Mixail Vilkov (hamısı Rusiya)
Hakim-inspektor: Mehmet Murat İlgaz (Türkiyə)
UEFA nümayəndəsi: Sergey İlyiç (Belarus)
Bakı. "Dalğa Arena” stadionu
İlk oyun - 0:1
"Kəpəz": 88. Tadas Simaitis, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 10. Dario Federiko, 13. Şəhriyar Rəhimov, 17. Nicat Qurbanov, 18. Tural Axundov, 25. Şəhriyar Əliyev, 36. Renan Alveş, 77. Serjinyo, 90. Julien Ebah
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 6. Ceyhun Cavadov, 9. Tural Qürbətov, 15. Azad Kərimov, 19. Orxan Əliyev, 21. Novruz Məmmədov, 80. Tural Rzayev
Baş məşqçi: Şahin Diniyev
"Admira": 28. Yorq Zibenhandl, 4. Ştefan Çvirşits, 5. Tomas Ebner, 6. Markus Lakner, 7. Maksimilian Saks, 8. 8. Kristof Knasmüllner, 10. Daniel Tot (k), 17. Dominik Starkl, 20. Markus Paviç, 21. Markus Vostri, 27. Eldis Bayrami
Ehtiyat oyunçular: 29. Manuel Kuttin, 2. Fabio Ştrauss, 9. Toni Vastiç, 16. Patrik Şmidt, 25. Patrik Vesselı, 55. İlter Ayyıldız, 99. Florian Fişerauer
Baş məşqçi: Oliver Lederer