1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin yeni bombardiri, Avroliqanın yenidən bombardiri oldu
"Qəbələ”nin liberiyalı futbolçusu Teo Uiks Avropa Liqasının bombardirlər siyahısında liderliyini qaytarıb. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi Avropa Liqasının II təsnifat mərhələsinin MTK ilə evdəki cavab oyununda (2:0) turnirdə 5-ci qolunu vurub. Bu, onun het-trik etdiyi "Bakcell Arena"da isə 4-cü qolu olub.
Uiks 5 qolla Avropa Liqasına bombardirlər siyahısında lider üçlükdən biridir. Onun şərikləri İvan Triçkovski (AEK, Larnaka) ilə Mirko Mariçdir ("Lokomotiv", Zaqreb). Teo hələ də turnirdə het-trik edən yeganə futbolçu olara qalır.
Uiks eyni zamanda "Qəbələ"nin 3-cü mövsümdür çıxış etdiyi avrokuboklarda yeni bombardiri olub. O, klubda ən çox oyun keçirən futbolçu kimi rekordçu olan sabiq kapitan Dodonu arxada qoyub. Braziliyalı yarımmüdafiəçi 4 dəfə fərqlənib. MTK ilə matçda hesabı açan estoniyalı hücumçu Sergey Zenyov isə qol sayında Dodoya çatıb.
Debüt mövsümünü keçirən afrikalı legioner klublarımızın avrokuboklarda bombardirləri siyahısında ilk onluğa düşüb. O, 5 qol vuran Julius Vobay, Rəşad Sadıqov və Vüqar Nadirova çatıb.
Mehman Süleymanov
AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib